Bank Of Baku

ATƏT rəsmi Bakıya hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılması tədbirlərini gücləndirməyi təklif edib

ATƏT rəsmi Bakıya hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılması tədbirlərini gücləndirməyi təklif edib
# 02 avqust 2007 16:09 (UTC +04:00)
ATƏT Azərbaycan hökumətinə hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılması istiqamətində tədbirləri gücləndirməyi təklif edir. APA-nın məlumatına görə, belə bir təkliflə avqustun 2-də Bakıda “Hərbi qulluqçuların sosial rifahının təminatına dəstək - beynəlxalq perspektivlər” mövzusunda keçirilən seminarda ATƏT-in Bakı Ofisinin rəhbəri Xose Luis Herero Ansola çıxış edib: “Hərbçilərin üzərinə digərlərindən fərqli olaraq daha çox riskli vəzifələr düşür. Bunlar mütləq nəzərə alınmalıdır. ATƏT hökumətə bu istiqamətdə işləri davam etdirmək üçün kömək göstərməyə hazırdır”. Xose Luis Herero Ansola əlavə edib ki, ATƏT bununla bağlı səylərini davam etdirəcək və müəyyən təkliflər hazırlayacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR