Bank Of Baku

ABŞ Azərbaycanda həbsdə olan jurnalistlərin işi üzrə məhkəmə proseslərinin sürətləndirilməsini istəyir

ABŞ Azərbaycanda həbsdə olan jurnalistlərin işi üzrə məhkəmə proseslərinin sürətləndirilməsini istəyir
# 02 avqust 2007 16:18 (UTC +04:00)
“Hamımız Azərbaycanda qarşıdan gələn prezident seçkilərinə hazırlaşırıq. Biz hökumət, vətəndaş cəmiyyəti, müxalifət və media ilə işi davam etdirmək və demokratik institutların inkişafda olduğuna əmin olmaq istəyirik. Azad mətbuat istənilən ölkədə demokratiyanın əsasıdır”. APA-nın xəbərinə görə, bu sözləri ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Metyu Brayza deyib. O bildirib ki, media iki istiqamət üzrə inkişaf etməlidir: “Birincisi, media azad olmalı, onun fəaliyyətini heç kim məhdudlaşdırmamalıdır. İkincisi, media fəaliyyətini peşəkar qurmalı və qalmaqallar yaratmamalıdır. Heç bir hökumət söz və mətbuat azadlığını məhdudlaşdırmamalıdır”. M. Brayza bütün tərəflər hökumət, müxalifət və media arasında qarşılıqlı anlayışa tərəfdar olduqlarını vurğulayıb: “Onlar bir-biri ilə razılaşmaya bilərlər, amma bir-birini anlamalıdırlar”. M. Brayza Azərbaycanın hakimiyyət nümayəndələri ilə görüşlərdə mətbuat azadlığı ilə bağlı məsələ qaldırdıqlarını və buna davam edəcəklərini deyib. O, yalan məlumata görə cinayət məsuliyyəti nəzərdə tutulmasından narahat olduqlarını, bu problemin həllini vacib saydıqlarını söyləyib: “Hazırda həbsdə olan jurnalistlərə gəlincə, biz onların işi üzrə məhkəmə proseslərinin sürətləndirilməsini və bu proseslərin ədalətli keçirilməsini istəyirik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR