Bank Of Baku

ABŞ Konqresinin Helsinki Komissiyasında Azərbaycanda mətbuatın vəziyyəti ilə bağlı dinləmələr keçirilib

ABŞ Konqresinin Helsinki Komissiyasında Azərbaycanda mətbuatın vəziyyəti ilə bağlı dinləmələr keçirilib
# 03 avqust 2007 07:51 (UTC +04:00)
Konqresdəki Helsenki Komissiyasının sədri Alsee Hanstinqs çıxış edərək, Rusiyanın jurnalist peşəsi üçün İraq və Əlcazairdən sonra dünyada ən təhlükəli ölkə sayıldığını vurğulayıb. Konqresmen deyib ki, 2000-ci ildən bəri bu ölkədə 14 jurnalist qətlə yetirilib. Bəzi hallarda qətillərin törədilməsi ilə bağlı izlər hüquq-mühafizə orqanlarına aparılsa da, yerli güc orqanlarının istintaqı heç bir nəticə verməyib. Azərbaycanda mətbuatın vəziyyətinə toxunan Alsee Hastinqs isə elektron KİV-in nəzarət altında olduğunu söyləyib, ANS TV ilə bağlı hadisələri xatırladıb. Konqresmen 7 jurnalistin həbs olunduğunu, 20 nəfərin isə siyasi sığınacaq axtardığını bildirib. Bununla yanaşı, ölkədə senzuranın rəsmən ləğv olunduğu, qəzet qeydiyyatının tamamilə asanlaşdırılması və s kimi addımların olması da qeyd edilib.
ATƏT məkanında mətbuatın vəziyyəti ilə bağlı dinləmələrdə rusiyalı jurnalist Fatma Tlisova, Jurnalistlərin Müdafiə Komitəsinin nümayəndəsi Nina Oqaianova və “Freedom House”un rəsmisi Paula Şifer də çıxış ediblər. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR