Bank Of Baku

Əli Həsənov: “Azərbaycanda mətbuatın vəziyyəti ilə bağlı səslənən fikirlər subyektivdir və həqiqəti əks etdirmir”

Əli Həsənov: “Azərbaycanda mətbuatın vəziyyəti ilə bağlı səslənən fikirlər subyektivdir və həqiqəti əks etdirmir”
# 03 avqust 2007 10:14 (UTC +04:00)
Bunu APA-ya eksklüziv açıqlamasında Prezident Aparatı ictimai-siyasi şöbənin müdiri Əli Həsənov ABŞ Konqresinin Helsinki Komissiyasında Azərbaycanda mətbuatın vəziyyəti ilə bağlı dinləmələrdə səslənən fikirlərə münasibət bildirərkən deyib. Ə. Həsənov bildirib ki, Azərbaycanda söz və mətbuat azadlığının məhdudlaşdırılması ilə bağlı problem yoxdur. Onun sözlərinə görə, ölkədə mətbuat orqanlarının fəaliyyət göstərməsi və qeydiyyatı ilə bağlı problem mövcud deyil: “ Mətbuatla bağlı müxtəlif problemlərin olmasını biz heç vaxt danmamışıq. Media, hökumət və cəmiyyət əməkdaşlıq edərək bu problemlərin aradan qaldırılması istiqamətində birgə addımlar atır. Azərbaycanda elektron KİV də müstəqil fəaliyyət göstərir. Ölkədə 6 ümumrespublika səviyyəsində televiziya kanalı, 16 regional televiziya, xeyli radio yayımlanır, internet şəbəkəsi, xarici radioların yayımı təşkil olunub. Hökumətin elektron KİV üzərində senzura və nəzarətlə bağlı hər hansı mexanizmi yoxdur. Beynəlxalq media institutlarının azad fəaliyyət göstərməsi, istədikləri məlumatları əldə etmələri tam təmin olunub. Biz vəziyyətin daha da yaxşılaşdırılması üçün mütəmadi tədbirlər görürük”.
Qeyd edək ki, ABŞ Konqresinin Helsinki Komissiyasında ATƏT məkanında mətbuatın vəziyyəti ilə bağlı dinləmələr keçirilib. Tədbirdə Azərbaycanda elektron KİV-in nəzarət altında olduğu, 7 jurnalistin həbs olunması, 20 nəfərin isə siyasi sığınacaq axtardığı bildirilib. Bununla yanaşı, ölkədə senzuranın rəsmən ləğv olunduğu, qəzet qeydiyyatının tamamilə asanlaşdırılması və s kimi addımların olması da qeyd edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR