Bank Of Baku

Metyu Brayza ilə Araz Əzimov enerji məsələləri və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə ediblər

Metyu Brayza ilə Araz Əzimov enerji məsələləri və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə ediblər
# 03 avqust 2007 11:02 (UTC +04:00)
Bu gün ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə müavini, ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayza Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovla görüşüb. APA-nın məlumatına görə, M. Brayza jurnalistlərə açıqlamasında bildirib ki, görüşdə enerji məsələləri və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi müzakirə olunub. O, Türkiyə-Yunanıstan-İtaliya qaz boru kəməri ilə bağlı əməkdaşlığın genişləndirilməsi imkanlarını, həmçinin “Nabucco” layihəsini müzakirə etdiklərini deyib. A. Əzimovla danışıqlardan sonra M. Brayza xarici işlər naziri Elmar Məmmədyarovla görüşə yollanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR