Bank Of Baku

Azərbaycanın müdafiə naziri ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə müşavirini qəbul edib

Azərbaycanın müdafiə naziri ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə müşavirini qəbul edib
# 03 avqust 2007 14:34 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri Səfər Əbiyev ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə müşaviri Metyu Brayzanı qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan-ABŞ ikitərəfli hərbi əməkdaşlığının perspektivləri, regiondakı hərbi-siyasi vəziyyət, enerji təhlükəsizliyi, Qəbələ RLS ilə bağlı məsələlər müzakirə edilib. Azərbaycan- Ermənistan münaqişəsinin bölgədə yaratdığı gərginlik görüş zamanı xüsusi vurğulanıb, münaqişənin həlli yolları araşdırılıb. Nazir Səfər Əbiyev bildirib ki, vaxtın itirilməsi ermənilərin ziyanınadır, sabah daha sərt mövqelər nümayiş etdirə bilərik, bunun üçün bizi kimsə günahlandıra bilməz. M. Brayza S. Əbiyevin fikri ilə razılaşaraq bildirib ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü qəbul edir, işğal olunmuş torpaqların geri qaytarılmasında Azərbaycanın mövqeyini bölüşür./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR