Bank Of Baku

Tacikistanın rəsmi nümayəndə heyəti Azərbaycana gələcək

Tacikistanın rəsmi nümayəndə heyəti Azərbaycana gələcək
# 03 avqust 2007 14:47 (UTC +04:00)
Avqustun 5-də Tacikistan Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə idarəsinin rəisi Rustam Dododjanovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gələcək. Tacikistan XİN-dən APA-ya verilən məlumata görə, səfərdə məqsəd prezident Emomali Rahmonun Azərbaycana rəsmi səfəri ilə bağlı hazırlıq işləri aparmaqdır. Tacikistan nümayəndə heyəti Prezidentin İcra Aparatında və XİN-də görüşlər keçirəcək. Görüşlərdə səfər proqramı müzakirə ediləcək və imzalanacaq sənədlər üzərində iş başa çatdırılacaq. E. Rahmon 13-14 avqust tarixlərində Bakıda olacaq. Onun əsas görüşləri səfərin ilk günü olacaq. Səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığa dair bir neçə sənədin imzalanacağı gözlənilir. İlkin məlumata görə, bunlar ikili vergiqoyma, təhsil, rabitə, ədliyyə və digər sahələri əhatə edir. Bakı-Düşənbə birbaşa təyyarə reysinin açılması barədə sazişin imzalanması da istisna olunmur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR