Bank Of Baku

Ombudsmanın nümayəndəsi Azərbaycanın cənub bölgəsində araşdırma aparıb

Ombudsmanın nümayəndəsi Azərbaycanın cənub bölgəsində araşdırma aparıb
# 03 avqust 2007 14:56 (UTC +04:00)
İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşı bu günlərdə Cəlilabad, Biləsuvar və Salyan rayonlarında olub, sakinlərin Ombudsmana ünvanladığı ərizə və şikayətlərini yerində araşdırıb. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya bildirilib ki, nümayəndə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı ilə görüşüb, insan hüquqlarının təmin olunması vəziyyəti haqqında müzakirələr aparıb. Müvəkkilin nümayəndəsi həmçinin Ombudsmana ünvanlanan ərizələrin yerində araşdırılması məqsədilə Biləsuvar Rayon İcra Hakimiyyəti və Biləsuvar Rayon Məhkəməsinin əməkdaşları ilə görüşüb. Səfər zamanı Cəlilabad, Salyan və Biləsuvar rayon polis şöbələrinin müvəqqəti saxlama təcridxanalarına baxış keçirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR