Bank Of Baku

Əli Həsənov: “Jurnalistin pul almaq məqsədilə kimisə şantaj etməsi Azərbaycan mətbuatına ləkədir”

Əli Həsənov: “Jurnalistin pul almaq məqsədilə kimisə şantaj etməsi Azərbaycan mətbuatına ləkədir”
# 03 avqust 2007 16:27 (UTC +04:00)
Azərbaycanda müstəqil mətbuata hər hansı təzyiqin olmadığını vurğulayan Ə. Həsənov bildirib ki, ölkədə azad sözün qarantı dövlət və onun prezidentidir. O, hakimiyyətin bu sahədə mövcud olan problemlərin aradan qaldırılmasına çalışdığını söyləyib: “Narahatlığa əsas yoxdur. Biz bu gün mətbuata dövlət qayğısını artıran tədbirləri müzakirə edirik və düşünürəm ki, gələcəkdə də bu istiqamətdə addımlar atılacaq. O ki qaldı ayrı-ayrı insanları təhqir edən və böhtan atan jurnalistlərin məhkəməyə çəkilməsinə, bu, qətiyyən azad sözə və mətbuata basqı kimi qiymətləndirilə bilməz. Azərbaycan hüquqi dövlətdir və qanunu pozan şəxslər məhkəməyə çəkilməlidir. Biz bundan başqa yol bilmirik. Jurnalistin pul almaq məqsədilə kimisə şantaj etməsi isə Azərbaycan mətbuatına ləkədir. Fikrimcə, mətbuat belə halları aradan qaldırmaq iqtidarındadır və bunu edəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR