Bank Of Baku

QAT Rusiyanın Ermənistanı silahlandırmasını pisləyən bəyanatla çıxış edib

QAT Rusiyanın Ermənistanı silahlandırmasını pisləyən bəyanatla çıxış edib
# 03 avqust 2007 16:47 (UTC +04:00)
Qarabağ Azadlıq Təşkilatı (QAT) Rusiyanın Ermənistanı silahlandırmasını pisləyən bəyanatla çıxış edib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda Rusiyadan işğalçı ölkəyə hərbi təyinatlı radioelektron avadanlıqların göndərilməsi, həmçinin oraya raket qurğularının ötürülməsi cəhdi beynəlxalq hərbi cinayət adlandırılıb: “Bu faktların təsadüfən üzə çıxması Rusiyanın Ermənistanı silahlandırmaq istiqamətində daha ciddi niyyətlərinin olması haqda düşünməyə əsas verir. Azərbaycan hakimiyyəti Rusiyanın bu niyyətləri və konkret hərəkətləri ilə bağlı ciddi araşdırmalar aparmalı, Rusiya hökumətindən cavab tələb etməli və işğalçı Ermənistanı fəal şəkildə silahlandıran ölkə ilə münasibətlərinə yenidən baxmalıdır. Belə hadisələr bir daha Rusiyanın Minsk Qrupu həmsədri kimi fəaliyyətini mümkünsüz edir”. Qarabağ Azadlıq Təşkilatı hesab edir ki, işğalçı Ermənistan sürətlə silahlanmaqla danışıqlarda maraqlı olmadığını göstərir: “Mənasız danışıqların davam etdirilməsi Ermənistana silahlanmaq üçün imkan verir və işğalçı dövlət bu vaxtdan istifadə edərək müharibəyə hazırlaşır. Azərbaycan hakimiyyəti düşmənin vaxt qazanaraq silahlanmasına imkan verməməli və torpaqlarımızı işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlamalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR