Bank Of Baku

Məzahir Pənahov: “Seçki Məcəlləsinə ediləcək əlavə və dəyişikliklər sənəddə ciddi dəyişikliyə səbəb olmayacaq”

Məzahir Pənahov: “Seçki Məcəlləsinə ediləcək əlavə və dəyişikliklər sənəddə ciddi dəyişikliyə səbəb olmayacaq”
# 03 avqust 2007 16:49 (UTC +04:00)
“Seçki Məcəlləsinə əlavə və dəyişikliklər ediləcək. Amma bu, məcəllədə ciddi dəyişikliyə səbəb olmayacaq”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. O bildirib ki, Avropa Şurasının Venesiya Komissiyası ilə müzakirələr davam etdirilir: “Seçki Məcəlləsinə zaman keçdikcə əlavə və dəyişikliklər edilə bilər. Bu, mövcud durumdan və proseslərdən asılıdır. Yəni bu qanuna dəyişikliyin edilməsi qeyri-adi məsələ deyil. Fikrimcə, ediləcək əlavə və dəyişiklik konstruktiv olacaq, Azərbaycanda seçkilərin hüquqi bazası olan Seçki Məcəlləsinin təkmilləşməsinə xidmət edəcək”. Dağlıq Qarabağda ermənilərin keçirdiyi “seçkilər”də bəzi dövlətlərdən olan müşahidəçilərin iştirakına da münasibət bildirən M. Pənahov belə halları ciddi qəbul etməməyi məsləhət görüb: “Qondarma qurum tərəfindən keçirilən seçkilərlə bağlı beynəlxalq qurumlar və xarici dövlətlər rəsmi şəkildə əvvəlcədən öz fikirlərini bildirirlər. Onlar bu cür seçkiləri tanımadıqlarını deyirlər. Orada müşahidəçi qismində iştirak edən şəxslər isə rəsmi şəxslər olmur. Ona görə də təşvişə düşmək lazım deyil”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR