Bank Of Baku

Azərbaycançı Qüvvələr Birliyinin fəaliyyətinin dayandırılması ilə bağlı açıqlama İslam Partiyasında narazılıq yaradıb

Azərbaycançı Qüvvələr Birliyinin fəaliyyətinin dayandırılması ilə bağlı açıqlama İslam Partiyasında narazılıq yaradıb
# 04 avqust 2007 08:32 (UTC +04:00)
Bu sözləri APA-ya Azərbaycan İslam Partiyasının (AİP) Baş Məclisinin üzvü Rövşən Əhmədli deyib. O, AİP Baş Məclisində partiyanın bundan sonrakı fəaliyyət istiqamətlərinin müzakirə olunmasının zəruriliyini vurğulayıb: “Qurultaydan sonra partiyanın Baş Məclisi toplanmayıb. Azərbaycançı Qüvvələr Birliyinin fəaliyyəti ilə bağlı məsələ isə, ümumiyyətlə, müzakirə mövzusu olmayıb. Azərbaycan Birlik Partiyasının sədri Xudu Xuduyev də İslam Partiyasının yeni seçilən sədri Mövsum Səmədovun mətbuat konfransında dediklərindən narahatlığını bildirib. Mən isə ona dedim ki, bu məsələ ilə əlaqədar Baş Məclisdə hələ müzakirə aparılmayıb. Partiya kollegial qurumdur və atılacaq addımı tək bir şəxsin qərarı ilə müəyyənləşməməlidir. Hər bir halda partiyanın fəaliyyət istiqamətləri müzakirə olunmalıdır. O cümlədən də Azərbaycançı Qüvvələr Birliyinin bundan sonra hansı formatda fəaliyyət göstərməsi məsələsi müzakirə olunmalıdır. Heç kimi incik salmaq olmaz. İndiki zamanda heç bir qurum təkbaşına, siyasi dəstəyi olmadan fəaliyyət göstərə bilməz”.
Qeyd edək ki, AİP sədri Mövsüm Səmədov iyulun 26-da keçirdiyi mətbuat konfransında Azərbaycançı Qüvvələr Birliyinin fəaliyyətinin bərpa olunmasını məqsədəuyğun hesab etmədiyini demişdi. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR