Bank Of Baku

Qazaxıstanın Azərbaycandakı səfiri Andar Şukputov: “Prezident İlham Əliyevin Qazaxıstana səfəri ikitərəfli münasibətlərin inkişafına yeni impuls verəcək”

Qazaxıstanın Azərbaycandakı səfiri Andar Şukputov: “Prezident İlham Əliyevin Qazaxıstana səfəri ikitərəfli münasibətlərin inkişafına yeni impuls verəcək”
# 04 avqust 2007 10:10 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Qazaxıstanın Azərbaycandakı səfiri Andar Şukputov deyib. Hazırda Astanada olan səfir bildirib ki, Azərbaycan prezidentinin səfəri zamanı 6-7 sənədin imzalanması gözlənilir. Bunlar teleradio, qiymətli kağızlar, məhbusların ekstradisiyası, energetika sahələrində əməkdaşlığa dair sazişlər, birgə Bəyannamə və digər sənədlərdir. Səfər zamanı Azərbaycan prezidenti İlham Əliyev qazax həmkarı, ölkənin baş nazir və parlament sədri ilə görüşəcək. O, Astanada bəzi obyektlərə baş çəkəcək və Nursultan Nazarbayevlə birlikdə mətbuat konfransı keçirəcək. Qazax tərəfi yeni limanın inşa olunduğu Aktau şəhərinə qısamüddətli səfər də təklif edib, hazırda proqramın bu hissəsi dəqiqləşdirilir. A. Şukputov bildirib ki, Azərbaycan və Qazaxıstan arasında münasibətlər yüksələn xətlə inkişaf edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR