Bank Of Baku

Novruz Məmmədov: “Rusiyanın hərəkətindən çox təəssüflənirəm”

Novruz Məmmədov: “Rusiyanın hərəkətindən çox təəssüflənirəm”
# 04 avqust 2007 10:54 (UTC +04:00)
Rusiyanın Ermənistanla hərbi əməkdaşlığı gücləndirməsi və bu ölkəyə göndərdiyi silahların miqdarını artırmasına münasibət bildirən N. Məmmədov rəsmi Bakının buna mütləq reaksiya verəcəyini açıqlayıb: “Mən hesab edirəm ki, bu addım Rusiyanın o qədər də müdrik siyasət yeritmədiyini göstərir. Biz bu məsələ ilə hərtərəfli məşğuluq. Artıq dünən xarici işlər nazirinin müavini Araz Əzimov fakta müvafiq reaksiya verib. Mən Azərbaycanın Rusiyaya nota verib-verməyəcəyini deyə bilmərəm, ancaq biz həmişə bu və ya digər şəkildə öz mövqeyimizi Rusiyaya çatdırırıq”. ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayzanın münaqişənin həlli üçün tərəflərin nələrisə qurban verməsinin tələb olunduğu barədə bəyanatına toxunan N. Məmmədov bildirib ki, Azərbaycanın bu məsələdə mövqeyi aydındır: “Biz dəfələrlə bəyan etmişik ki, münaqişə beynəlxalq hüquq normalarına uyğun şəkildə, Azərbaycanın ərazi bütövlüyünə riayət edilməsi ilə həll olunmalıdır. Dağlıq Qarabağın statusuna gəlincə, bu, yalnız Azərbaycanın tərkibində müəyyən oluna bilər. Ermənistan Azərbaycan torpaqlarını tərk etməsinin zəruriliyini anlamalıdır”. N. Məmmədov həmsədrlərin açıqlamalarından narazı olduğunu da söyləyib. Onun fikrincə, həmsədrlər çox vaxt vasitəçi kimi yox, diplomat kimi danışır: “Onlar konkret olmayan, çox vaxt isə mücərrəd xarakterli bəyanatlar verir. Bütün bunlar münaqişənin həllinə kömək etmir, əksinə, mane olur”. Ermənilərin Azərbaycanın işğal altındakı ərazilərində yenidən yanğınlar törətməsi, beynəlxalq qurumların isə susqunluq nümayiş etdirməsinə münasibət bildirən N. Məmmədov rəsmi Bakının bu məsələ ilə bağlı müvafiq addımlar atacağını deyib: “Heç nə reaksiyasız qalmayacaq. Azərbaycanın işğal olunmuş torpaqlarında yanğınların törədilməsi birinci dəfə deyil. Beynəlxalq təşkilatlar BMT, ATƏT, Avropa Birliyi, AŞPA və digərləri buna lazımi reaksiya vermir. Hərdən öz-özümə sual verirəm: hər şey əksinə olsaydı, hansısa müsəlman ölkəsi təcavüzkarlıq edərək başqasının torpaqlarını ələ keçirib bu cür əməllər törətsəydi, beynəlxalq ictimaiyyətin reaksiyası necə olardı? Təbii ki, başqa cür. Bizimlə bağlı məsələdə isə lazımi reaksiya yoxdur”. N. Məmmədov işğal altındakı torpaqlarda törədilən yanğınlarla bağlı məsələni bütün beynəlxalq səviyyələrdə qaldırdıqlarını və buna davam edəcəklərini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR