Bank Of Baku

Müsavat Partiyası Gənclər Təşkilatının sədri bəzi partiya funksionerlərinin şəxsi maraqlardan çıxış etdiyini bildirir

Müsavat Partiyası Gənclər Təşkilatının sədri bəzi partiya funksionerlərinin şəxsi maraqlardan çıxış etdiyini bildirir
# 04 avqust 2007 12:01 (UTC +04:00)
“Partiya daxilindəki hansısa qruplaşmada təmsil olunmağım haqda deyilənlər həqiqətə uyğun deyil. Məni ittiham edənlər bilməlidirlər ki, partiyanın Gənclər Təşkilatının konfransında səsvermə yolu ilə sədr seçilmişəm”. Bu sözləri APA-ya açıqlamasında Müsavat Partiyası Gənclər Təşkilatının sədri Elnur Məmmədov deyib. E. Məmmədov bildirib ki, onu Nizamnaməni pozmaqda ittiham edənlər partiyada mövcud olan demokratik mühitə qarşı çıxırlar. O, Müsavat Partiyası Gənclər Təşkilatının martın 25-də keçirilən toplantısının qərarının ləğv edilmədiyini də söyləyib: “Mən partiyanın Məclisinə üzv kimi təsdiq edilməmişəm. Amma toplantıda Gənclər Təşkilatının qərarının ləğvi haqda heç bir qərar qəbul edilməyib. Bu baxımdan da təşkilatın sədri kimi fəaliyyətimi davam etdirirəm”. Partiyadaxili məsələləri qabartmaq istəmədiyini də deyən E. Məmmədov bəzi partiya funksionerlərinin öz şəxsi maraqları ilə bağlı ona qarşı çıxdığını vurğulayıb: “Gənclər Təşkilatının konfransında partiyanın Məclis sədri Sülhəddin Əkbər və Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri İbrahim İbrahimli də iştirak ediblər. Əgər konfransda hər hansı Nizamnamə pozuntusu olsaydı, bu şəxslər öz fikirlərini bildirərdilər. Müsavat Partiyası və partiyanın Gənclər Təşkilatı demokratik qurumdur və burada kiminsə diktəsi ilə qərar qəbul olunmur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR