Bank Of Baku

Avropa Hərbi Assosiasiyalar Təşkilatı Azərbaycanla əməkdaşlıq məsələsini müzakirəyə çıxaracaq

Avropa Hərbi Assosiasiyalar Təşkilatı Azərbaycanla əməkdaşlıq məsələsini müzakirəyə çıxaracaq
# 06 avqust 2007 08:41 (UTC +04:00)
Sentyabr ayında Avropa Hərbi Assosiasiyalar Təşkilatının (European Organisation of Military Associations - EUROMIL) İdarə Heyətində Azərbaycanla əməkdaşlıq məsələsi müzakirəyə çıxarılacaq. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Bakıda səfərdə olan EUROMİL-in prezidenti Emmanuel Yakob məlumat verib. E. Yakob bildirib ki, EUROMİL əməkdaşlığı digər ölkələrdə olduğu kimi, Azərbaycanda yaradılacaq hərbi yönümlü təşkilatların “çətir assosiasiyaları” ilə quracaq: “Assosiasiyalar yaradılandan sonra ilk mərhələdə əməkdaşlığımızı təcrübə mübadiləsi şəklində davam etdirə bilərik. Bu gün bizim üzvlərimizin zəngin təcrübəsini Azərbaycana gətirmək mümkündür. Bununla bağlı müzakirələr aparmaq məqsədilə Azərbaycanın hərbi yönümlü təşkilatları ilə müəyyən əlaqələr yaratmışıq. EUROMİL olaraq biz Azərbaycanla əlaqələr yaratmağa, əməkdaşlıq etməyə hazırıq”.
Qeyd edək ki, Avropanın hərbi yönümlü assosiasiyalarının birləşdiyi EUROMİL 1972-ci ildə yaradılıb. Qurumun tərkibində 22 ölkədən 34 assosiasiya var. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR