Bank Of Baku

Bu gün Tacikistanın rəsmi nümayəndə heyəti Azərbaycana gələcək

Bu gün Tacikistanın rəsmi nümayəndə heyəti Azərbaycana gələcək
# 06 avqust 2007 09:09 (UTC +04:00)
Bu gün Tacikistan Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə idarəsinin rəisi Rustam Dododjanovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gələcək. Tacikistan XİN-dən APA-ya verilən məlumata görə, səfərdə məqsəd prezident Emomali Rahmonun Azərbaycana rəsmi səfəri ilə bağlı hazırlıq işləri aparmaqdır. Tacikistan nümayəndə heyəti Prezidentin İcra Aparatında və XİN-də görüşlər keçirəcək. Görüşlərdə səfər proqramı müzakirə ediləcək və imzalanacaq sənədlər üzərində iş başa çatdırılacaq.
Qeyd edək ki, E. Rahmon 13-14 avqust tarixlərində Bakıda olacaq. Səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığa dair bir neçə sənədin imzalanacağı gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR