Bank Of Baku

Aydın Quliyev: “Mən ACP-də heç bir siyasi fəaliyyət göstərməyəcəyəm, istədikləri qərarı verə bilərlər”

Aydın Quliyev: “Mən ACP-də heç bir siyasi fəaliyyət göstərməyəcəyəm, istədikləri qərarı verə bilərlər”
# 06 avqust 2007 09:22 (UTC +04:00)
A. Quliyev partiya ilə münasibətlərini müəyyənləşdirmək hüququnun olduğunu da xatırladıb: “Partiya ilə münasibətləri müəyyənləşdirmək mənim hüququdur. Bu hüququmdan istifadə edib partiyanın fəaliyyətində iştirak etməyəcəyimi bəyan etmişəm. Onlar da nizamnamə çərçivəsində mənimlə bağlı hər hansı qərar verməkdə müstəqildirlər. Hər bir halda partiya ilə hansısa əlaqə, siyasi bağlılıq, qarşılıqlı öhdəlikdən söhbət gedə bilməz. Buna məni məcbur etmək də mümkün deyil. Onların məni partiyadan uzaqlaşdırmaq imkanlarının olmaması isə artıq öz işləridir”. ACP sədrinin müavini Yaqub Abbasov isə A. Quliyevin açıqlamasına münasibət bildirmək istəmədiyini söyləyib: “Partiya könüllülük prinsipi əsasında fəaliyyət göstərir. Amma partiya üzvləri nizamnaməyə riayət etməli, fəaliyyətlərində yoldaşlarına hörmətlə yanaşmalıdırlar. Fikrimcə, bu kimi hallara qurumun Mərkəzi Nəzarət Təftiş Komissiyası öz münasibətini bildirməlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR