Bank Of Baku

Müsavat Partiyasının MNTK sədri: “Elnur Məmmədov Müsavatın Gənclər Təşkilatının sədri kimi qəbul oluna bilər”

Müsavat Partiyasının MNTK sədri: “Elnur Məmmədov Müsavatın Gənclər Təşkilatının sədri kimi qəbul oluna bilər”
# 06 avqust 2007 12:24 (UTC +04:00)
“Elnur Məmmədov Müsavat Partiyası Gənclər Təşkilatının sədri kimi qəbul oluna bilər”. Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri İbrahim İbrahimli APA-ya bildirib ki, Müsavat Partiyası Gənclər Təşkilatının martın 25-də keçirilən konfransında nizamnamədən kənar heç nə baş verməyib. Yalnız konfransa hazırlıq prosesində kiçik çatışmazlıqlar olub ki, bunu da şişirtməyə ehtiyac yoxdur. İ. İbrahimli konfransının nəticələrinin ləğv edilmədiyini də vurğulayıb: “Konfransın nəticələri ləğv edilməyib və bu məsələdə Elnur Məmmədov da haqlıdır, digər tərəf də. Burada problem yaradan məqam gənclərin son yaş həddinin 29-a salınması olub. Amma nəzərə alınmalıdır ki, konfrans qanun qəbul olunmazdan öncə keçirilib. Elnur Məmmədov bu mənada haqlıdır”. İ. İbrahimli konfransın yenidən keçirilməsinə səbəbin yaş həddi ilə bağlı olduğunu vurğulayıb. O, E. Məmmədovun hansısa qruplaşmada təmsil olunmadığını da diqqətə çatdırıb: “Müsavatda hansı qruplaşma var ki, Elnur da orada olsun? Bu, düzgün məntiq deyil və anlaşılmazlığı aradan qaldırmaq üçün bir qədər gözləmək lazımdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR