Bank Of Baku

Metyu Brayza: “Azərbaycanın “Nabucco” kəmərini təchiz etmək üçün qazı var”

Metyu Brayza: “Azərbaycanın “Nabucco” kəmərini təchiz etmək üçün qazı var”
# 06 avqust 2007 12:47 (UTC +04:00)
Türkiyə və İran arasında təbii qazın alınmasına dair imzalanan son sazişə münasibət bildirən M.Brayza deyib ki, bu sənəd növbəti on il üçün nəzərdə tutulub və o, ümid edir ki, həmin vaxta kimi İranın beynəlxalq ictimaiyyətlə əlaqələri normal axarına düşəcək: “Məlumdur ki, qanunlarımıza əsasən əlbəttə ki, İrana bu kimi investisiyaların əleyhinəyik, bu, Konqresin İrana qarşı qəbul etdiyi sanksiyalara dair qanuna ziddir. Amma mən indi bu sazişə çox diqqət ayırmazdım. İranın hazırkı sistemi hasilata investisiya qoyulmasını həvəsləndirməyib”. M.Brayzanın sözlərinə görə, 1999-cu ildə “Qazprom”, “Total” və “Shell” İran ilə Cənubi Pars yatağında hasilata dair saziş imzalasalar da, bu ölkənin tətbiq etdiyi şərtlər üzündən bu günə kimi qənaətbəxş nəticə alınmayıb: “Ona görə də qətiyyən hesab etmirik ki, İran indiki məqamda “Nabucco” layihəsini hədələyir. Əminik ki, Azərbaycanın kifayət qədər qazı var və növbəti 5-7 il ərzində layihənin ilk növbəsinin işə salınmasında ondan istifadə ediləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR