Bank Of Baku

Suriya xarici işlər nazirinin Azərbaycana səfəri planlaşdırılır

Suriya xarici işlər nazirinin Azərbaycana səfəri planlaşdırılır
# 06 avqust 2007 14:40 (UTC +04:00)
Bu ilin payızında Suriyanın xarici işlər naziri Valid əl-Muallimin Azərbaycana səfəri planlaşdırılır. Bu barədə APA-ya Azərbaycanın Livandakı fəxri konsulu Nazih Qassub məlumat verib. O bildirib ki, nazirin Bakıda keçirəcəyi görüşlərdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun aprelin əvvəlində Suriyaya səfəri zamanı razılaşdırılan məsələlər müzakirə ediləcək. Azərbaycanda Suriya səfirliyinin açılması məsələsi də diqqət mərkəzində olacaq. Səfirliyin bu il ərzində açılacağı gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR