Bank Of Baku

Əli Həsənov: “İnsan hüquqlarının qorunması bizim qurduğumuz dövlətin əsas mahiyyətini təşkil edir”

Əli Həsənov: “İnsan hüquqlarının qorunması bizim qurduğumuz dövlətin əsas mahiyyətini təşkil edir”
# 07 avqust 2007 09:28 (UTC +04:00)
ABŞ Dövlət Departamentinin açıqlamasına münasibət bildirən Ə. Həsənov bu sahələrin ölkə başçısının da diqqət mərkəzində olduğunu söyləyib: “İnsan hüquqlarının qorunması bizim qurduğumuz dövlətin əsas mahiyyətini təşkil edir. O cümlədən, mətbuatın, söz azadlığının vəziyyətinin yaxşılaşdırılması da diqqət mərkəzindədir. Bu sahədə mövcud olan problemlərin aradan qaldırılması üçün dövlətin proqramı var. Biz bunu həyata keçiririk. Vəziyyətin yaxşılaşdırılması üçün səy göstəririk. Amma hər şey dövlətdən asılı deyil. Gərək mətbuat nümayəndələri də peşəkar səviyyələrinin yüksəldilməsi ilə məşğul olsunlar, jurnalist əxlaq və etikasına, başqa insanların hüquqlarına hörmətlə yanaşsınlar”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR