Bank Of Baku

Sərbəst toplaşmaq azadlığının vəziyyəti ilə bağlı keçirilən monitorinq başa çatıb

Sərbəst toplaşmaq azadlığının vəziyyəti ilə bağlı keçirilən monitorinq başa çatıb
# 07 avqust 2007 09:52 (UTC +04:00)
Əmək Hüquqlarını Müdafiə Liqasının ölkədə sərbəst toplaşmaq azadlığının vəziyyəti ilə bağlı bu ilin martından başlayaraq keçirdiyi monitorinq başa çatıb. Liqanın rəhbəri, hüquq müdafiəçisi Sahib Məmmədov APA-ya bildirib ki, monitorinqin nəticələri işlənib, hesabat və tövsiyələr ingilis və Azərbaycan dillərində nəşrə hazırlanır. Hazırlanan sənəd Azərbaycan hökumətinə, Avropa Şurasının Venesiya Komissiyasına, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna və başqa beynəlxalq təşkilatlara təqdim olunacaq. S. Məmmədov deyib ki, monitorinq zamanı ölkədə mövcud olan azadlıqlar içində daha çox sərbəst toplaşmaq hüququnun pozulduğu bəlli olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR