Bank Of Baku

Demokratiya Uğrunda İttifaqın təşəbbüsü ilə III Qarabağ Forumu keçirilib

Demokratiya Uğrunda İttifaqın təşəbbüsü ilə III Qarabağ Forumu keçirilib
# 07 avqust 2007 11:07 (UTC +04:00)
Demokratiya Uğrunda İttifaqın təşəbbüsü ilə Dağlıq Qarabağ problemi və onun həlli perspektivlərinin müzakirəsinə həsr olunan III Qarabağ Forumu keçirilib. APA-nın məlumatına görə, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu bildirib ki, münaqişənin həlli istiqamətində aparılan danışıqlar Azərbaycanın milli maraqlarına ziddir və dövlət hazırkı vəziyyət barədə xalqı məlumatlandırmalıdır. Həmsədr dövlətləri ittiham edən M. Mirəlioğlunun sözlərinə görə, ABŞ dövlət katibinin müşavirinin köməkçisi Metyu Brayzanın münaqişənin həlli ilə bağlı son açıqlaması onun işğalçı Ermənistanın maraqlarına xidmət etdiyini sübut edib. Azadlıq Partiyasının sədri Əhməd Oruc ATƏT-in vasitəçiliyindən imtina edilməsini məqsədəuyğun hesab edib. Onun fikrincə, bu qurum öz fəaliyyəti ilə beynəlxalq hüquq normalarını pozub. Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov isə Dağlıq Qarabağın münaqişədə tərəf kimi tanınmasına cəhdlər edildiyini diqqətə çatdırıb və bu tendensiyanı qorxulu adlandırıb. Sonra forum dəyirmi masa iştirakçılarının mövzu ətrafında çıxışları ilə davam etdirilib. Forumun yekununda isə tədbir iştirakçıları adından bəyanat verilib. Bəyanatda Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün dövlətdən aktiv fəaliyyət göstərmək tələb edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR