Bank Of Baku

Polad Bülbüloğlunun cinayət məsuliyyətinə cəlb olunması üçün Zakir Qaralova müraciət olunub

Polad Bülbüloğlunun cinayət məsuliyyətinə cəlb olunması üçün Zakir Qaralova müraciət olunub
# 07 avqust 2007 11:31 (UTC +04:00)
Demokratiya Uğrunda İttifaqın (DUİ) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iddia ərizəsində P. Bülbüloğlunun Dağlıq Qarabağa və Ermənistana səfəri zamanı və bununla bağlı Bakıdakı çıxışlarında Azərbaycanın dövlət müstəqilliyinə xələl gətirən fikirlər söyləməsi əsas gətirilib: “2007-ci il iyunun 28-də Polad Bülbüloğlu Azərbaycanın müxtəlif vəzifələrində çalışan bir qrup şəxslə birlikdə Ermənistan və Azərbaycanın işğal altında olan Xankəndi və Şuşa şəhərlərində olub. Polad Bülbüloğlu özünün rəsmi açıqlamalarından göründüyü kimi, o, səfər zamanı Ermənistan rəsmiləri ilə görüşlərində Azərbaycanın qanunvericiliyinə, dövlət maraqlarına zidd fikirlər söyləyib”. Ərizədə baş prokurordan P. Bülbüloğlunun Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri üzrə cinayət məsuliyyətinə cəlb olunması və barəsində cinayət işinin başlanması haqqında göstəriş verməsi xahiş edilib.APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR