Bank Of Baku

Rəsmi Bakı Metyu Brayzanın Dağlıq Qarabağın müstəqillik əldə etməsinin mümkün olduğunu söyləməsinə şübhə edir

Rəsmi Bakı Metyu Brayzanın Dağlıq Qarabağın müstəqillik əldə etməsinin mümkün olduğunu söyləməsinə şübhə edir
# 07 avqust 2007 13:32 (UTC +04:00)
Rəsmi Bakı ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzanın Dağlıq Qarabağın müstəqillik əldə etməsinin mümkün olduğunu söyləməsinə şübhə edir. APA-nın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Araz Əzimov deyib. Bununla yanaşı, A. Əzimov bildirib ki, M. Brayza özünün şəxsi mövqeyini də ifadə edə bilər: ”O, Amerikanın yüksək səviyyəli rəsmi şəxslərindən biridir. Anlamalıdır ki, onun hər sözü regionda müəyyən reaksiya doğura bilər”.
Qeyd edək ki, M. Brayza Rusiyanın “Vremya novostey” qəzetinə müsahibəsində Dağlıq Qarabağın müstəqillik qazanmasının mümkün olduğunu bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR