Bank Of Baku

Esmira Orucova: “Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Firudin Sadıqov yaxınları əsirlikdə olan insanları təhqir edir”

Esmira Orucova: “Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Firudin Sadıqov yaxınları əsirlikdə olan insanları təhqir edir”
# 07 avqust 2007 13:34 (UTC +04:00)
Çünki bizim ictimai birlik yaradıldığı iki il ərzində onun tərəfindən yalnız təhqir olunan insanlara rast gəldim. Firudin Sadıqov nəinki mənə, hətta yaxınları əsirlikdə olan insanların dərdlərinə də hörmət etmir, onları təhqir edir”. “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova APA-ya açıqlamasında bildirib ki, Dövlət Komissiyasının sədri E. Mahmudov tərəfindən işçi qrupa fəaliyyət göstərməsi üçün bütün imkanlar yaradıldığı halda bundan istifadə edilmir. O, işçi qrupun fəaliyyətində neqativ halların olduğunu da deyib: “Bir müddət öncə işçi qrup müharibə zamanı itkin düşən 109 Azərbaycan vətəndaşının taleyinə aydınlıq gətirilməsi ilə bağlı hesabat açıqlayıb. Apardığım araşdırma nəticəsində isə bəlli olub ki, siyahıda adları açıqlanan 109 nəfərdən 34-ü əsir, 36-ı isə şəhid olub. 39 nəfərin adı isə siyahıda təkrarən gedib”. İşçi qrupla heç bir əlaqə saxlamadıqlarını deyən E. Orucova bu məsələdə də F. Sadıqovu ittiham edib: “Bizim ictimai birliyin işi həmin işçi qrupla çox bağlıdır. Təəssüflər olsun ki, Firudin Sadıqov tərəfindən orada qurulan sistem bizim əlaqələrimizin üzərindən xətt çəkib. Tədbirə çağırırsan gəlmir, zəng edirsən telefonun dəstəyini yerə atır. Yalnız, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sailovla əlaqə saxlamaq olur. Baxmayaraq ki, Şahin Sailov Firudin Sadıqovdan yuxarı vəzifə sahibidir. Necə olur ki, milli təhlükəsizlik naziri Eldar Mahmudov Azərbaycan Ordusunun əsir düşən əsgəri Samir Məmmədovun valideynlərini qəbul edərək, onları dinləyir, amma Firudin Sadıqov yox. O, insanlarla elementar davranış normalarını belə bilmir”. E. Orucova bu günə qədər işçi qrupun ünvanına 14 məktub ünvanladığını və onlardan heç birinə rəsmi cavab almadığını söyləyib. “Deyəsən, Firudin Sadıqov Dövlət Komissiyasının ərköyün uşağıdır. Biz bu cür şəxslərlə ermənilərə qarşı heç bir təbliğat işi qura bilmərik”. Ünvanına söylənən ittihamlarla bağlı Firudin Sadıqovla əlaqə saxlamaq cəhdimiz isə baş tutmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR