Siyasətçilər harda və necə dincəlirlər?
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı istirahət müddətinin bitdiyini deyib: “Ötən ay Nabranda istirahət etdim. Hazırda işdəyəm və bundan sonra harasa getmək fikrim yoxdur”.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə istirahətini davam etdirdiyini söyləyib: “Ötən ay 12 gün Nabranda istirahət etdim. İki gündən sonra Azərbaycanının bölgələrindən birinə gedəcəyəm. Amma məzuniyyəti daha səmərəli keçirmək mümkün deyil”.
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu yay mövsümü gələndən yalnız bir neçə dəfə iki-üç günlük Yardımlı rayonunda dincəlib.
Azərbaycan Milli Demokrat Partiyasının sədri İsgəndər Həmidov isə Bakıda istirahət etməyə üstünlük verir: “Əvvəllər pulum olanda ölkənin gəzməli yerlərinə gedirdim. Elə ki, pulum qurtardı, özümü Kəlbəcərə çatdırırdım. İndi isə nə pulum var, nə də Kəlbəcər. Amma pulum artanda xarici ölkələrin birində istirahət etməyi düşünürəm. Hələlik isə Bakıda evimdən başqa heç yerə gedə bilmirəm”.
Azərbaycan Sosial-Demokrat Partiyasının həmsədri Araz Əlizadə isə evsizlikdən gileylənib: “Nə Bakıda, nə də rayonda evim var. Bacımın evində yaşayıram, artıq neçə ildir yayı burada keçirirəm”.
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə də paytaxtı tərk etmədiyini deyib, bunun səbəbini isə Bakıda işlərinin çox olması ilə əlaqələndirib.
Açıq Cəmiyyət Partiyasının sədri Akif Şahbazov, Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov, Ümid Partiyasının sədri İqbal Ağazadə və Milli Məclisin deputatı Pənah Hüseyn də bütün yayı Bakıda olacaqlarını deyiblər.
Böyük Quruluş Partiyasının başqanı Fazil Qəzənfəroğlu isə istirahət etdiyini, hər gün Bakı ətrafındakı çimərliklərin birinə getdiyini söyləyib: “Partiyanın işi ilə bağlı Bakını uzunmüddətli tərk etmək istəmirəm. Bu baxımdan artıq neçə illərdir istirahətimi Bakıda keçirməyə üstünlük verirəm”.
Müsavat Partiyasının başqanı İsa Qəmbər, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət də istirahət etməyəcəkləri barədə qərar veriblər. Bu barədə onların köməkçiləri məlumat verib. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev isə İngiltərədə səfərdədir. Partiyadan verilən məlumata görə, səfər istirahət xarakteri daşımır. / APA/
Daxili siyasət
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
İyulda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
PA Vətəndaş Qəbulu Mərkəzində iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirə EHİS üzərindən təşkil edilə biləcək
Xəbər Lenti
Türkiyə MN Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib
Azərbaycanda bank müştəri hesablarının sayı 18%-dən çox artıb
Ukrayna Rusiyaya kütləvi dron hücumu edib, 700-dən çox PUA vurulub
Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb
Bəzi rayonlarda şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
Xüsusi nümayəndə: Azərbaycan Ordusu NATO standartları ilə yüksək səviyyədə qarşılıqlı uyarlılığa sahibdir
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib - FOTO - YENİLƏNİB
Səfir: Britaniya Azərbaycanla tərəfdaşlığı daha da gücləndirməkdə qərarlıdır
ABŞ-ın SEPAH-la bağlı kiberhücuma görə axtarışa verdiyi İran vətəndaşı Monteneqroda həbs edilib
"Azər Türk Bank"ın şəhid əməkdaşı ordenlə təltif edilib
Azərbaycan nefti bahalaşıb
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndərilib - FOTO
Naxçıvanda hərbi orkestrin müşayiəti ilə yürüş başlayıb - FOTO
AZAL 2032-ci ilədək donanmasını 50 təyyarəyə çatdırmağı planlaşdırır - VİDEO
FSB Dağıstanda məktəblərə hücum planlaşdıran 17 yaşlı yeniyetməni saxlayıb
Maqdalena Qrono: Aİ Azərbaycan-Ermənistan sülh prosesinə öz dəstəyini davam etdirəcək
Xankəndidə Silahlı Qüvvələrin 108-ci ildönümü ilə əlaqədar hərbi yürüş keçirilir - FOTO
Gəncədə hərbi orkestrin müşayiəti ilə yürüş başlayıb - FOTO
Lənkəranda 26 kiloqram narkotik aşkarlanıb
“Bitcoin”in qiyməti 60 min dollardan aşağı düşüb
FHN: Lənkəranda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edilib - VİDEO
AEBA rəhbəri: İranın nüvə proqramı üçün ciddi nəzarət mexanizminə ehtiyac var
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Venesuelada zəlzələdə ölənlərin sayı 235-ə çatıb, 36 min nəfər itkin düşüb - VİDEO - YENİLƏNİB-3
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
DİN: 46 kq narkotik vasitə dövriyyədən çıxarılıb, 9 nəfər həbs olunub - VİDEO
Arzu Nağıyev: Azərbaycan Ordusu müstəqilliyimizin, suverenliyimizin və qələbə əzmimizin ən böyük təminatçısıdır
Əmtəə birjasında təbii qazın dəyəri azalıb
Dünya bazarlarında neft yenidən ucuzlaşıb
Rusiya Ermənistandan bütün balıq məhsullarının idxalını dayandırıb
DÇ-2026: Türkiyə mundialı qələbə ilə başa vurub
Noyer dünya çempionatlarında Maradonanı geridə qoyub
İtaliya və Fransa Livana dəstək koalisiyası yaradacaq
Tramp: İranın dondurulmamış aktivlərinin bir hissəsi ABŞ-nin aqrar məhsullarının alışına yönləndiriləcək
DÇ-2026: Niderlanddan qələbə, Yaponiya və İsveçdən bərabərlik
"Renault" 2027-ci ilədək 800 mühəndisi ixtisar edəcək
Pikassonun tablosu Londonda 1,7 milyon dollara satılıb
Aİ Ukrayna üçün cəlb etdiyi 90 milyard avroluq kreditə görə ildə 3 milyard avro faiz ödəyəcək
ABŞ "Lukoil"in xarici aktivləri üzrə danışıqlara icazəni uzadıb
DÇ-2026: Almaniya yığması Ekvadora, Kurasao millisi Fil Dişi Sahilinə məğlub olub
İran Hörmüzdə müəyyən edilmiş marşrutlardan kənara çıxan gəmilərə təhlükəsizlik zəmanəti verməyəcək
Rütte Ankarada Trampı NATO-nun əhəmiyyətinə inandırmaq istəyir
ABŞ Venesuelaya 150 milyon dollar yardım ayıracaq
Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaları bir il uzadıb
Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarının sürətləndirilməsinə qarşı çıxıb
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib
Adı Yunus Emre, yolu isə "Feto yolu": CHP-li deputatın AŞPA sərgüzəştləri
Rusiya Kiyevə ballistik raketlərlə zərbə endirib
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 108 il ötür
ABŞ və Körfəz ölkələri Livan-İsrail danışıqlarını dəstəkləyib