Bank Of Baku

“Yeni Fikir”çilərin kassasiya şikayətinə avqustun 14-də baxılacaq

“Yeni Fikir”çilərin kassasiya şikayətinə avqustun 14-də baxılacaq
# 07 avqust 2007 15:33 (UTC +04:00)
“Yeni Fikir” Gənclər Hərəkatının üzvləri Ramin Tağıyev və Səid Nuriyevin kassasiya şikayəti üzrə məhkəmə prosesi avqustun 14-ə təyin edilib. Bu barədə APA-ya Səid Nuriyevin vəkili Elçin Qəmbərov məlumat verib. Prosesə hakim Nəriman Hüseynov sədrlik edəcək.
Qeyd edək ki, Apellyasiya Məhkəməsinin hökmü ilə R. Tağıyev 3 il, S. Nuriyev isə şərti olaraq, 5 il (3 il sınaq müddəti olmaqla) müddətinə azadlıqdan məhrum edilib. Bu iş üzrə təqsirli bilinən hərəkatın sədri Ruslan Bəşirli isə 7 il müddətinə azadlıqdan məhrum olunub. R. Bəşirli barəsində çıxarılmış məhkəmə hökmündən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR