Bank Of Baku

Eduard Zeynalov və Mustafa Cəmiloğlu “Bizim Ukrayna-Xalq Özünümüdafiəsi” Blokundan deputatlığa namizəd göstərilib

Eduard Zeynalov və Mustafa Cəmiloğlu “Bizim Ukrayna-Xalq Özünümüdafiəsi” Blokundan deputatlığa namizəd göstərilib
# 07 avqust 2007 16:26 (UTC +04:00)
Ukraynada sentyabrın 30-da keçiriləcək növbədənkənar parlament seçkilərində prezidentyönümlü blok kimi iştirak edəcək “Bizim Ukrayna-Xalq Özünümüdafiəsi” Bloku deputatlığa namizədlərini müəyyənləşdirib. APA-nın Ukrayna kütləvi informasiya vasitələrinə istinadən yaydığı xəbərə görə, siyahıda azərbaycanlı Eduard Zeynalov və Krım tatarlarının lideri Mustafa Cəmiloğlunun da adları var. Hər iki siyasətçiyə seçilmə ehtimalı 100 faiz olan yerlər verilib. Belə ki, M. Cəmiloğlu siyahıda 27-ci, E. Zeynalov isə 76-cı pillədədir. Siyahıya sabiq daxili işlər naziri, “Xalq Özünümüdafiəsi” Hərəkatının lideri Yuri Lutsenko başçılıq edir. “Bizim Ukrayna” Partiyasının lideri Vyaçeslav Kirilenko 2-ci, xarici işlər naziri Arseni Yasenyuk 3-cü, müdafiə naziri Anatoli Qritsenko isə 4-cü yerdədir.
Qeyd edək ki, “Bizim Ukrayna-Xalq Özünümüdafiəsi” Blokunda prezident Viktor Yuşşenkonun siyasətini dəstəkləyən 10 siyasi qüvvə cəmləşib. Sosioloji sorğulara əsasən blok reytinq göstəricilərinə görə baş nazir Viktor Yanukoviçin Regionlar Partiyası və Yuliya Timoşenkonun eyni adlı blokundan sonra üçüncüdür. Xatırladaq ki, Ukrayna Ali Radası 450 millət vəkilindən ibarətdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR