Bank Of Baku

Müsavat Partiyası Gənclər Təşkilatının sədri partiya funksionerlərindən izahat tələb edir

Müsavat Partiyası Gənclər Təşkilatının sədri partiya funksionerlərindən izahat tələb edir
# 08 avqust 2007 15:00 (UTC +04:00)
“Müsavat Partiyasının bəzi funksionerləri mənə və Gənclər Təşkilatının konfransının yekunlarına olan münasibətlərinə aydınlıq gətirməlidir”. Bu sözləri APA-ya açıqlamasında Müsavat Partiyası Gənclər Təşkilatının sədri Elnur Məmmədov deyib O bildirib ki, təşkilat sədri kimi fəaliyyətini dayandırmaq fikrində deyil, artıq qurumun İdarə Heyəti və Şurası da fəaliyyətə başlayıb. Partiya Məclisinin qərarını hələ də anlamadığını söyləyən E. Məmmədov baş verənlərlə bağlı partiya başqanı ilə görüşməyi düşünür. O, Gənclər Təşkilatında onun sədrliyini dəstəkləyən üzvlərin çoxluq təşkil etdiyini də vurğulayıb: “Konfransın nəticələri ləğv edilmədiyi halda lazımsız açıqlamalar vermək heç kimə yaraşmaz. Yaxşı olar ki, həmin şəxslər öz işləri ilə məşğul olsunlar və partiyanın imicinə zərbə vuran fikirlər söyləməsinlər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR