Bank Of Baku

Elmira Süleymanova Qubada olub

Elmira Süleymanova Qubada olub
# 08 avqust 2007 15:14 (UTC +04:00)
Ombudsman Elmira Süleymanova Quba rayonunda səfərdə olub. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Süleymanova Quba şəhərində və Xınalıq kəndində görüşlər keçirib. O, Quba şəhər Özəl Türk Liseyində “Uşaq parlamentinin yay məktəbi” layihəsinin təqdimat mərasiminə qatılıb. Tədbirdə millət vəkili Məlahət Həsənova, UNİCEF-in Azərbaycandakı nümayəndəsi Hanaa Singer də iştirak edib. Səfər çərçivəsində E. Süleymanova Quba rayon İcra Hakimiyyətinin başçısı ilə görüşüb, insan haqlarının müdafiəsi ilə bağlı müzakirələr aparıb. Ombudsman Xınalıq kənd əhalisinin mülkiyyət, əmək, təhsil, uşaq hüquqları, pensiya təminatı, torpaq problemləri ilə də maraqlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR