Bank Of Baku

Ankarada Azərbaycan və Türkiyə arasında enerji danışıqları başa çatıb-YENİLƏNİB

Ankarada Azərbaycan və Türkiyə arasında enerji danışıqları başa çatıb-<font color=red>YENİLƏNİB</font>
# 08 avqust 2007 15:53 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun məlumatına görə, görüşdən öncə Natiq Əliyev Türkiyə ilə Azərbaycanın enerji əməkdaşlığının mühüm olduğunu vurğulayıb: “İranla Türkiyənin enerji müqaviləsini dəstəkləyirik. Azərbaycan Türkiyə üçün xeyirli olan bütün layihələrə sevinir”. O bildirib ki, Azərbaycan qazın Avropaya Türkiyə ərazisi ilə nəql olunmasında maraqlıdır. Nazir “Şahdəniz” layihəsinin ikinci mərhələsində də Azərbaycanın Avropaya qaz satmaq istədiyini, bu məsələdə də Türkiyənin dəstəyinə ehtiyac olduğunu deyib.
Türkiyəli nazir H. Gülər isə iki ölkənin birgə transmilli layihələr həyata keçirdiyini, ötən ilin ortalarından Bakı-Ceyhan kəməri ilə neftin daşındığını söyləyib: “Şahdəniz layihəsinin ikinci mərhələsində də birgə işləmək istəyirik. Yunanıstan və İtaliya səbirsizliklə Azərbaycan qazını gözləyir”.
Görüşdən sonra brifinq keçirən H. Gülər Bakı-Ceyhan kəməri ilə gündəlik nəqletmənin həcminin 2008-ci ildən başlayaraq, 1 milyon barelə çatdırılmasının planlaşdırıldığını və bununla əlaqədar kəmərin buraxılış gücünün artırılacağını bildirib: “ Kəmərin gücünün artırılması üçün kimyəvi maddələrin istifadə olunması və kompressor avadanlıqlarının gücləndirilməsinə dair Azərbaycan tərəfi ilə razılıq əldə olunub”. Nazir “Şahdəniz” layihəsi çərçivəsində 2012-ci ilədək Bakı-Ərzurum qaz kəmərinin genişləndiriləcəyini, hətta bu prosesin vaxtından əvvəl başa çatacağının gözlənildiyini söyləyib. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR