Bank Of Baku

Azərbaycanın Quba rayonunda aşkarlanmış kütləvi məzarlıqda tədqiqat işlərinin aparılması üçün qazıntı sahəsi böyüdülməlidir

Azərbaycanın Quba rayonunda aşkarlanmış kütləvi məzarlıqda tədqiqat işlərinin aparılması üçün qazıntı sahəsi böyüdülməlidir
# 09 avqust 2007 08:55 (UTC +04:00)
Əgər İcra Hakimiyyəti icazə verməsə, biz bu məsələni digər əlaqədar təşkilatların qarşısında qaldıracağıq. Bütün hallarda bu tədqiqatın sonuna çatmalıyıq”. Bu sözləri APA-ya açıqlamasında Qubada aşkar edilən kütləvi məzarlıqda tədqiqat aparan ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev deyib. Onun sözlərinə görə, hazırda qazıntı sahələri 400 kvadrat metr sahədə aparılır. Ancaq tədqiqatın daha səmərəli nəticə verməsi üçün qazıntı sahələri həm cənub, həm qərb, həm də şərq istiqamətə doğru artırılmalıdır. Qazıntı sahəsinin şərqə doğru artırılmasında heç bir problem olmasa da, cənub və qərb tərəfə genişlənmə zamanı çətinliklər ortaya çıxıb: “Cənub tərəfdən evlər var. Əgər qazıntı aparılarsa, onda qazıntı işləri evin altına gedib çıxacaq. Qərb tərəfdə isə əkin sahəsi var. Quba rayon İcra Hakimiyyəti bunun üçün ev və əkin sahəsinin sahiblərinə kompensasiya verməlidir. Bu gün İcra Hakimiyyətinin rəsmiləri əraziyə baxış keçirəcək, daha sonra isə konkret fikirlərini deyəcəklər”. Kütləvi məzarlıqda aşkar edilən iki arxın insan skletləri ilə dolu olduğunu deyən Q. Ağayev bildirib ki, artıq kəllə sümüklərinin fraqmentləri ilə birgə 123 kəllə tapılıb.
Qeyd edək ki, tədqiqatçılar Qubada aşkarlanmış kütləvi məzarlığın ermənilərin törətdiyi soyqırımın nəticəsində yarandığı barədə qənaətə gəliblər. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR