Bank Of Baku

Azərbaycan paytaxtında MDB üzvü olan dövlətlərin Daxili İşlər nazirliklərinin ekspertlərinin müşavirəsi başlayıb

Azərbaycan paytaxtında MDB üzvü olan dövlətlərin Daxili İşlər nazirliklərinin ekspertlərinin müşavirəsi başlayıb
# 09 avqust 2007 15:35 (UTC +04:00)
Bu gün Azərbaycanın paytaxtı Bakı şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) üzvü olan dövlətlərin Daxili İşlər nazirliklərinin ekspertlərinin müşavirəsi başlayıb. Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovun APA-ya verdiyi məlumata görə, tədbirin keçirilməsində məqsəd MDB iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının sentyabrın 5-6-da Bakıda keçiriləcək növbəti iclasına hazırlıqdır. Müşavirəni giriş sözü ilə açıq elan edən Azərbaycan daxili işlər nazirinin müavini polis general-leytenantı Əsgər Ələkbərov daxili işlər naziri general-polkovnik Ramil Usubovun salamlarını tədbir iştirakçılarına çatdıraraq onlara işlərində uğurlar arzulayıb. Tədbir avqustun 10-da başa çatacaq. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR