Bank Of Baku

Ombudsman azərbaycanlı əsirlərin qaytarılması üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəhbərinə müraciət edib

Ombudsman azərbaycanlı əsirlərin qaytarılması üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəhbərinə müraciət edib
# 10 avqust 2007 11:13 (UTC +04:00)
Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə əsir Samir Məmmədovun guya öz valideynlərindən imtina etməsi, ailə həyatı, uşaq evində böyüməsi və s. məqamlarla bağlı Ermənistan mətbuatında yayılan qeyri-dəqiq informasiyalarla bağlı ombudsman tərəfindən aparılan araşdırmanın nəticələri də əksini tapıb. E. Süleymanova dövlət orqanları və əsirin ailəsi ilə əlaqə saxlayaraq bununla bağlı zəruri olan sənədləri əldə edib. Müraciətdə bildirilir ki, S. Məmmədov haqqında Ermənistan mediasında yayılan məlumatlar əsirin özünə və ailəsinə mənfi psixoloji təsir göstərməklə yanaşı, ölkədə və beynəlxalq ictimaiyyət arasında yanlış təsəvvür formalaşdırır. E. Süleymanova BQXK rəhbərindən mandatı çərçivəsində Azərbaycan Ordusunun əsgəri Samir Məmmədovun, mülki şəxslər Əşrəf Cəfərovun, Anar Əliyevin mümkün qədər qısa müddətdə Azərbaycana qaytarılması, onların əsirlikdə saxlanıldıqları müddət ərzində işgəncə, qeyri-insani rəftara məruz qalmamasını qurumun regional nümayəndəlikləri vasitəsilə diqqətdə saxlamasını xahiş edib.
Məsələ Ombudsman Aparatının sektor müdiri Zaur Əliyevin bu günlərdə Cenevrəyə səfəri zamanı BQXK-nin nümayəndələri ilə müzakirə olunacaq. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR