Bank Of Baku

Avqustun 13-də Tacikistan prezidenti Azərbaycana rəsmi səfərə gələcək

Avqustun 13-də Tacikistan prezidenti Azərbaycana rəsmi səfərə gələcək
# 11 avqust 2007 08:27 (UTC +04:00)
Avqustun 13-də Tacikistan prezidenti Emomali Rahmonun Azərbaycana iki günlük rəsmi səfəri başlayır. Tacikistan XİN-dən APA-ya verilən məlumata görə, E. Rahmon səfərin ilk günü Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüş keçirəcək. Sonra danışıqlar geniş formatda davam etdiriləcək. Tərəflər nəqliyyat, yük daşımaları, iki ölkə arasında ticarət dövriyyəsinin həcminin artırılması sahələrində, həmçinin regional və MDB çərçivəsində əməkdaşlıq məsələlərini, eləcə də Tacikistanda Azərbaycan səfirliyinin açılmasını müzakirə edəcəklər. Görüşdən sonra bir neçə sənəd imzalanacaq və prezidentlərin birgə mətbuat konfransı olacaq. E. Rahmon baş nazir Artur Rəsizadə ilə də görüşəcək və Heydər Əliyev Fonduna baş çəkəcək. Avqustun 14-də Tacikistan prezidenti Fəxri Xiyabanda Heydər Əliyevin məzarına əklil qoyduqdan sonra Milli Məclisin sədri Oqtay Əsədovla bir araya gələcək. Qonaqlar İçərişəhərlə tanış olduqdan sonra vətənlərinə dönəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR