Bank Of Baku

ABŞ-ın NBC telekanalı gizli erməni terror şəbəkəsi və onun rəhbəri Murad Topalyan barədə sənədli film nümayiş etdirib

ABŞ-ın NBC telekanalı gizli erməni terror şəbəkəsi və onun rəhbəri Murad Topalyan barədə sənədli film nümayiş etdirib
# 11 avqust 2007 09:19 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, NBC telekanalında nümayiş olunan “Erməni terroru Amerikada iş başında” filmi 1996-cı ilin sentyabr ayında Ohayo ştatında təsadüfən tapılan partlayıcı maddələr və külli miqdarda silahların aşkarlanması ilə başlayır. Təxminən 100 kiloqramlıq partlayıcı maddənin sahibinin axtarışı təhqiqatçıları Amerika Erməni Milli Komitəsinin sədri Murad Topalyana aparıb çıxarır. Filimdə qeyd olunur ki, terrorçu M. Topalyan partlayıcı vasitələri 300 azyaşlı uşağın təhsil aldığı məktəbə və yanacaqdoldurma məntəqəsinə yaxın anbarda saxlayıb. Bununla da ətrafda təhsil alan uşaqların həyatına ciddi təhlükə yaranıb. Araşdırmasında jurnalist Con Hadobori bildirir ki, Murad Topolyan 1975-85-ci illər ərzində Niderland, Fransa və İngiltərədə türk diplomatik missiyaları və biznes nümayəndələrinə qarşı qanlı hücumlar təşkil etmiş gizli terrorçu şəbəkənin üzvü olub. Bu dəstə əsasən Livanda yerləşən hərbi düşərgələrdə təlim keçmiş fanatik ermənilərdən ibarət imiş. Həmin dəstə daha sonra Nyu-York və Los Anceles şəhərlərində fəaliyyət göstərməyə başlayır. Sübut olunub ki, 1996-cı ildə Ohayo ştatında tapılan partlayıcı maddədən 1981-ci ildə Türkiyənin BMT-dəki daimi nümayəndəliyinə hücumda istifadə olunub. M. Topalyan erməni məsələləri ilə bağlı aktiv lobbiçilik fəaliyyəti ilə də məşğul olub və 1993-1996-cı illərdə Ağ Evdə keçirilən 20 müşavirədə iştirak edib. Bəzi müşavirələrdə onun prezident Bill Klintonla yan-yana oturduğunu sübut edən fotoşəkillər də var.
Qeyd edək ki, Murad Topalyan indinin özündə ABŞ hüquq-mühafizə orqanlarının ciddi nəzarəti altındadır. Uğurlu keçirilən əməliyyata görə prezident Buş əməliyyatçıları təltif edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR