Bank Of Baku

Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklərlə əlaqədar Venesiya Komissiyası ilə aparılan danışıqların növbəti raundunun yeri və vaxtı hələ dəqiqləşməyib

Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklərlə əlaqədar Venesiya Komissiyası ilə aparılan danışıqların növbəti raundunun yeri və vaxtı hələ dəqiqləşməyib
# 11 avqust 2007 10:50 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib. M. Pənahov deyib ki, Seçki Məcəlləsi hüquqi sənəd olduğundan zaman-zaman dəyişdirilə bilər və bu istiqamətdə də müvafiq işlər görüləcək: “Seçki Məcəlləsində dəyişikliklərlə bağlı proses müntəzəm gedəcək. Adətən, seçkilər öncəsi bu məsələ ilə bağlı müzakirələr intensivləşir. Amma danışıqların aparılmasından sensasiya düzəltmək məqsədəuyğun deyil. Məlumatlara görə, növbəti müzakirələr İstanbulda keçiriləcək. Ancaq bu barədə hələlik mənə heç nə deməyiblər. Odur ki, danışıqların nə zaman və harada keçiriləcəyi haqda hələlik konkret söz demək mümkün deyil. Hesab edirəm ki, dəqiq tarix avqustun axırlarında müəyyənləşəcək. Sonuncu görüşdə qərara alındığı kimi, sentyabrın əvvəllərində müzakirələrin davam etdirilməsinə çalışacağıq. Mən də həmin müzakirələrdə iştirak edəcəyəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR