Bank Of Baku

Məzahir Pənahov: “Azərbaycanda keçiriləcək seçkilərlə bağlı ABŞ-ın proqram hazırlaması haqda deyilənlər həqiqətə uyğun deyil”

Məzahir Pənahov: “Azərbaycanda keçiriləcək seçkilərlə bağlı ABŞ-ın proqram hazırlaması haqda deyilənlər həqiqətə uyğun deyil”
# 11 avqust 2007 11:20 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. MSK sədri bildirib ki, ABŞ dövlət katibinin köməkçisinin müavini Metyu Brayzanın ABŞ-ın Azərbaycanda keçiriləcək seçkilər üçün proqram hazırladığı barədə məlumata malik deyil. O, M. Brayzanın belə bir fikir söyləyəcəyinə inanmadığını da deyib: “Beynəlxalq qurum nümayəndələrinin dedikləri bəzən mətbuatda başqa cür yozulur. Bu isə sonradan beynəlxalq qurumların nümayəndələri tərəfindən narazılıqla qarşılanır. Dünya praktikasında hansısa ölkənin digər dövlətin seçki məsələsinə müdaxiləsi qəbul olunmazdır. İstənilən ölkələrdə seçkilərlə bağlı danışıqlar beynəlxalq qurumlar səviyyəsində aparıla bilər. Amma hansısa dövlətin digəri üçün proqram hazırlaması inandırıcı görünmür və belə bir fakt mövcud deyil”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR