Bank Of Baku

Bu gün 33 saylı Xətai I Seçki Dairəsinin inzibati binasının açılışı olub

Bu gün 33 saylı Xətai I Seçki Dairəsinin inzibati binasının açılışı olub
# 11 avqust 2007 11:28 (UTC +04:00)
APA-nın məlumatına görə, açılış mərasimində çıxış edən Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bildirib ki, 33 saylı Xətai I Seçki Dairəsi Əhmədli bələdiyyəsini bütünlüklə, Xətai bələdiyyəsinin isə bir hissəsini əhatə edir. O, Dairə Seçki Komissiyasına 33 məntəqə seçki komissiyasının daxil olduğunu da deyib: “Bu seçki dairəsində seçicilərin ümumi sayı 39150 nəfərdir. Ümumilikdə Xətai rayonu ərazisində 4 seçki dairəsi fəaliyyət göstərir. Digər seçki dairələri üçün tikilən binaların inşası da artıq başa çatıb və son tamamlama işləri gedir”. Tədbirdə iştirak edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov isə bildirib ki, ölkədəki 125 seçki dairəsində iş şəraitinin yaxşılaşdırılması üçün lazımi işlər aparılır. Bu ilin payızına qədər 60-dan çox DSK üçün xüsusi binaların istifadəyə verilməsi nəzərdə tutulur. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR