Bank Of Baku

ABŞ-ın ən iri yəhudi qurumlarından biri uydurma “erməni soyqırımı”nı tanıyan məsul nümayəndəsini vəzifəsindən uzaqlaşdırıb

ABŞ-ın ən iri yəhudi qurumlarından biri uydurma “erməni soyqırımı”nı tanıyan məsul nümayəndəsini vəzifəsindən uzaqlaşdırıb
# 20 avqust 2007 09:14 (UTC +04:00)
ABŞ-ın ən iri yəhudi qurumlarından biri - Anti-Diffamasiya Liqası (ADL) təşkilatın Yeni İngiltərə (New England) bölgəsi üzrə məsul nümayəndəsi Endryu Tarsini vəzifəsindən uzaqlaşdırıb. APA-nın ABŞ bürosunun xəbərinə görə, Yeni İngiltərə bölgəsi ermənilərin kompakt yaşadığı Boston şəhərini əhatə edir. İstefaya Endryu Tarsinin uydurma “erməni soyqırımı”nı tanıması və bunu açıq bəyan etməsi səbəb olub. Anti-Diffamasiya Liqası bəyan edib ki, cəmiyyət 1915-ci ildə hər iki tərəfdən baş verən itkiləri inkar etmir, lakin bu hadisələr barədə Konqresdə qanun qəbul olunması əks nəticə verərək Türkiyənin özü üçün tarixi araşdırmaları çətinləşdirə bilər. Eyni zamanda ADL rəhbərliyi hesab edib ki, ABŞ Konqresində qondarma “erməni soyqırımı” ilə bağlı qərarın qəbulu Türkiyənin böyük yəhudi icmasına zərbə vuracaq və Ermənistanla əlaqələrin bərpasını mümkünsüz edəcək.
Xatırladaq ki, Boston erməniləri ADL-nin reallaşdırdığı “Nifrətə yer yoxdur” proqramına maneələr törətməyə çalışıb. Onlar anti-semitizmi pisləyən “Nifrətə yer yoxdur” proqramının reallaşdırılmasına əngəl olmamağın şərti kimi liqanın uydurma soyqırımı tanımasını istəyiblər. Lakin Anti-Diffamasiya Liqası sona kimi öz mövqeyinə sadiq qalıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR