Bank Of Baku

Qazaxıstanın Azərbaycandakı səfirliyində səs verən Qazaxıstan vətəndaşlarının əksəriyyəti hakim partiyanı dəstəkləyib

Qazaxıstanın Azərbaycandakı səfirliyində səs verən Qazaxıstan vətəndaşlarının əksəriyyəti hakim partiyanı dəstəkləyib
# 20 avqust 2007 09:24 (UTC +04:00)
Qazaxıstanın Azərbaycandakı səfirliyində səs verən Qazaxıstan vətəndaşlarının əksəriyyəti prezident Nursultan Nazarbayevin başçılıq etdiyi “Nur Otan” Partiyasını dəstəkləyib. Bu barədə APA-ya səfirlikdən məlumat verilib. Səsvermədə 70-dən çox Qazaxıstan vətəndaşı iştirak edib. Ölkədə ötən bazar günü keçirilən parlament seçkilərində hakim partiya ümumən 88,05 faiz səs alıb. Ümummilli Sosial-Demokrat Partiyası 4,62%, “Ak Jol” Partiyası 3,27%, Aul Partiyası 1,58%, Xalq Kommunist Partiyası 1,31%, Vətənpərvərlər Partiyası 0,75%, Ruhaniyət Partiyası isə 0,41% səs toplayıblar. Müxalif “Ak Jol” və Ümummilli Sosial-Demokrat partiyaları seçkilərin nəticələrinin saxtalaşdırıldığını bəyan ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR