Bank Of Baku

Bakının işğaldan azad olunmasının ildönümü münasibətilə tədbirlər planı hazırlanıb

Bakının işğaldan azad olunmasının ildönümü münasibətilə tədbirlər planı hazırlanıb
# 20 avqust 2007 11:08 (UTC +04:00)
Bakının erməni işğalından azad olunmasının 89-cu ildönümü münasibətilə tədbirlər planı hazırlanıb. APA-nın məlumatına görə, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli jurnalistlərə açıqlamasında bildirib ki, tədbirlər təmsil etdiyi təşkilat, Türkiyə Universitetləri Məzunları Birliyi və Türkiyənin Azərbaycandakı səfirliyi ilə birgə keçiriləcək. Bu məqsədlə Təşkilat Komitəsinin yaradıldığını da deyən E. Həsənli jurnalistlər arasında yazı müsabiqəsinin keçiriləcəyini söyləyib: “1918-ci il sentyabrın 15-də Bakının Qafqaz-İslam Ordusu tərəfindən azad olunması, Azərbaycan-Türkiyə münasibətlərinin tarixi keçmişi və bu gün mövzusunda avqustun 21-dən sentyabrın 19-a qədər yazı müsabiqəsi keçiriləcək. Hər iki mövzu üzrə qaliblərə 50-150 manat arası pul mükafatı təqdim olunması nəzərdə tutulub. Sentyabrın əvvəlində Göyçay Mədəniyyət Evində tədbir keçiriləcək və bu rayondakı türk şəhidliyi ziyarət olunacaq. Sentyabrın 15-də isə Bakıdakı Türk Şəhidliyi ziyarət ediləcək, Bakı Dövlət Universitetində elmi-praktik konfrans keçiriləcək”. Türkiyənin Azərbaycandakı səfirliyinin katibi Nur Alkış hər iki ölkə gəncliyinin milli ruhda böyüməsi üçün belə tədbirlərə ehtiyac duyulduğunu diqqətə çatdırıb. O, Azərbaycanda iki ölkənin bir-birinə yaxınlaşması üçün atılacaq addımlara dəstək verməyə hazır olduqlarını qeyd edib. TRT-nin Azərbaycan bürosunun rəhbəri Əbdülhəmid Avşar isə 1918-ci ildə baş verən tarixi hadisələrdən ibarət 3 hissəli yeni sənədli filmin çəkilişlərinə başladıqlarını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR