Bank Of Baku

Məşvərət Məclisi 2008-ci il prezident seçkilərində İlham Əliyevi dəstəkləyəcək

Məşvərət Məclisi 2008-ci il prezident seçkilərində İlham Əliyevi dəstəkləyəcək
# 20 avqust 2007 11:28 (UTC +04:00)
Siyasi Partiyaların Məşvərət Məclisi 2008-ci ildə keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəyinə qərar verib. Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, artıq partiya 2008-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlıq prosesinə start verib. DADP sədri Məmməd Əlizadə müxalifət düşərgəsində təmsil olunan bir qrup partiyanın İ. Əliyevin namizədliyini dəstəkləməsi ilə bağlı Siyasi Partiyaların Məşvərət Məclisinə müraciət etdiklərini də vurğulayıb: “Əməkdaşlıqla bağlı müraciət edənlər arasında mərkəzçi qüvvələr üstünlük təşkil edir və onların adları yaxın günlərdə açıqlanacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR