Bank Of Baku

Kastamonuda XI Türk Dünyası Günləri keçiriləcək

Kastamonuda XI Türk Dünyası Günləri keçiriləcək
# 20 avqust 2007 12:01 (UTC +04:00)
Avqustun 23-25-də Türkiyənin Kastamonu şəhərində ənənəvi Türk Dünyası Günləri keçiriləcək. APA-nın Türkiyə bürosunun xəbərinə görə, Kastamonu bələdiyyəsinin rəhbərliyi tərəfindən təşkil edilən tədbirlərə şəhərin mərkəzi meydanında kitab sərgisinin keçirilməsi ilə start veriləcək. İlk gün ərzində Krım tatar rəssamı Ramiz Netovkinin rəsm sərgisi keçiriləcək, daha sonra isə türk pop musiqisinin ulduzları Dəniz Səki və Turqay Başyaylanın iştirakı ilə xalq konserti olacaq. Tədbirlərin ikinci günü ”Türk dünyasının problemləri” mövzusunda konfrans təşkil ediləcək. Konfransa Türkiyə Mətbuat İttifaqının sədri Kamal Çapraz, Şimali Kipr baş nazirinin keçmiş müavini Sərdar Denktaş, Çuvaşıstan Türk Mədəniyyət Mərkəzinin rəhbəri İlya İvanov, Kərkük Fondunun təmsilçisi Mahir Nakip, Rumeli Türk Dərnəkləri Federasiyasının sədri Özcan Pəhlivanoğlu və başqaları qatılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR