Bank Of Baku

Əbülfəz Elçibəyin vəfatının ildönümünün qeyd olunması ilə bağlı fikir ayrılığı yaranıb

Əbülfəz Elçibəyin vəfatının ildönümünün qeyd olunması ilə bağlı fikir ayrılığı yaranıb
# 20 avqust 2007 12:44 (UTC +04:00)
Mərasimə saat 11:00-da Məşədi Əzizbəyov heykəlinin qarşısından Fəxri Xiyabana qədər keçiriləcək yürüşdən sonra start veriləcək. A. Əliyev mərasimə heç kimin xüsusi dəvət edilmədiyini vurğulayıb.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu APA-ya açıqlamasında Ə. Elçibəyin məzarını avqustun 22-də saat 11.00-da, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Həsən Kərimov isə həmin gün saat 12.00-da partiya üzvləri ilə birgə ziyarət edəcəklərini söyləyiblər.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından (BAXCP) APA-ya verilən məlumata görə, partiyanın İdarə Heyəti Ə. Elçibəyin vəfatının anım mərasimi ilə bağlı qərar qəbul edib. Qərara görə, BAXCP rəhbərliyi, eləcə də Bakı, Abşeron, Sumqayıt və işğal altında olan rayon təşkilatlarının fəalları avqustun 23-də Ə. Elçibəyin məzarını ziyarət edəcəklər. Ziyarət başa çatdıqdan sonra BAXCP rəhbərliyi və rayon təşkilatlarının bir qrup üzvü Ə. Elçibəyin evinin qarşısında keçiriləcək anım mərasiminə qatılacaqlar.
Ə. Elçibəyin kürəkəni Aqil Səmədbəyli isə APA-ya deyib ki, mərhumun ailəsi avqustun 22-də saat 10.00-da Fəxri Xiyabanda məzarı ziyarət edəcək və bundan başqa hər hansı mərasim keçirilməyəcək. O, A. Əliyevin məzarın avqustun 23-də ziyarət olunması ilə bağlı fikrini anlamadığını da qeyd edib: “Yəqin onun tarixdən xəbəri yoxdur, o, bu məsələni Elçibəyin ailəsi ilə razılaşdırmayıb”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR