Bank Of Baku

Aviqdor Liberman: “İsrail Azərbaycan neftini və qazını almaqda maraqlıdır”

Aviqdor Liberman: “İsrail Azərbaycan neftini və qazını almaqda maraqlıdır”
# 20 avqust 2007 12:44 (UTC +04:00)
APA-nın İsrail bürosunun xəbərinə görə, A. Liberman müsahibəsində ötən həftə Azərbaycana baş tutan səfəri haqda geniş danışıb. O, Azərbaycan prezidenti İlham Əliyevlə görüşündən söz açıb: “Çox səmərəli görüş oldu və məndə xoş təəssürat yaratdı. İlham Əliyev Qərb liderinin xüsusiyyətlərini özündə birləşdirən və regionun problemlərini bilən təcrübəli və bilikli siyasətçidir”.
A. Liberman son on ildə Azərbaycanda baş verən köklü dəyişikliklərə də toxunub: “Azərbaycan İsrail üçün maraqlı, strateji cəhətdən mühüm ölkədir. Bunun bariz nümunəsi Bakı-Tiflis-Ceyhan neft kəməridir. Ceyhan limanı İsraildən 600 km məsafədə yerləşir. Biz isə Azərbaycan neftini və qazını almaqda maraqlıyıq”.
İsrail yetkilisi yəhudilərin Azərbaycanda təhlükəsiz şəraitdə yaşadıqlarını vurğulayıb: “Bu, keçmişdə də belə olub, indi də belədir. İsrail Azərbaycanla bütün sahələrdə münasibətlərin inkişafında maraqlıdır. Bizim hökumət ikitərəfli dost münasibətlərinin inkişafı üçün səylərini əsirgəməyəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR