Bank Of Baku

Səfir: “İran prezidentinin Azərbaycana səfəri zamanı Qəbələ RLS-lə bağlı məsələ müzakirə oluna bilər”

Səfir: “İran prezidentinin Azərbaycana səfəri zamanı Qəbələ RLS-lə bağlı məsələ müzakirə oluna bilər”
# 20 avqust 2007 13:04 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu İran İslam Respublikasının Azərbaycandakı səfiri Nasir Həmidi Zare bildirib. Səfir İran prezidenti Mahmud Əhmədnejatın Azərbaycana səfəri zamanı Qəbələ RLS-i ilə bağlı müzakirələrin olacağını istisna etməyib. Diplomat bildirib ki, ölkəsi Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan arasında avtobus xətti açmağı təklif edib: “Amma bunu həlli üçün öncə Azərbaycan viza rejiminin sadələşdirilməsi ilə bağlı məsələləri həll etməlidir”.
Səfir Xəzər statusu ilə bağlı müzakirələrin də Azərbaycan və İran prezidentləri tərəfindən müzakirə olunacağını istisna etməyib: “Çünki payızda bu məsələ ilə bağlı sammit keçiriləcək. Xəzərin statusu məsələsi ilə bağlı lazımı addımlar atılmaqdadır”.
İranın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan edən səfir İşğal olunmuş torpaqların tezliklə azad olunmasının, qaçqınların öz yurdu-yuvalarına qayıtmasının vacibliyini vurğulayıb. Amma o, İran Ermənistanla münasibətləri ilə bağlı suala cavab verməyib. Yalnız “mənə desələr ki, Qarabağa ziyarətə get, mən getmərəm, çünki ora işğal olunub”. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR