Bank Of Baku

Almaniya parlamentində “dondurulmuş” münaqişələr mövzusunda müzakirələr aparılacaq

Almaniya parlamentində “dondurulmuş” münaqişələr mövzusunda müzakirələr aparılacaq
# 20 avqust 2007 13:31 (UTC +04:00)
XİN-in Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinə rəhbərlik edən Bundestaqın Xarici Siyasət Komitəsinin üzvü, Avropa Şurası Monitorinq Komitəsinin sədri Eduard Lintner Azərbaycanın Almaniya üçün vacib tərəfdaş olduğunu vurğulayaraq Bakının bölgədə müstəqil siyasətin modeli olmaqla, xarici siyasətində ABŞ və Avropa ilə strateji tərəfdaşlıq əlaqələrinin qurulmasını prioritet istiqamət seçməsini dəstəkləyib. O, cari ildə Bundestaqda Qara dəniz hövzəsində “dondurulmuş” münaqişələr mövzusunda müzakirələr aparılacağını, bu münaqişələrin həlli istiqamətində aparılan danışıqlara Almaniyanın hansı formada dəstək verməsinin müzakirə olunacağını bildirib. E. Lintner Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəklədiklərini də söyləyib. E. Məmmədyarov isə münaqişənin mərhələli həlli istiqamətində Praqa prosesi çərçivəsində danışıqların aparıldığını qonaqların diqqətinə çatdırıb. Almaniyanın nüfuzlu ölkə kimi Cənubi Qafqazın sabitliyində rolu məsələsinə gəlincə, nazir bildirib ki, bu rol Almaniyanın və ümumilikdə beynəlxalq ictimaiyyətin Ermənistan rəhbərliyini apardığı təcavüzkarlıq siyasətinin yolverilməzliyinə inandırmaqdan ibarət ola bilər.
Daha sonra görüşdə Azərbaycanla Almaniya arasında ikitərəfli əlaqələr, Avropa Birliyinin regional siyasəti barədə geniş fikir mübadiləsi aparılıb. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR